Bu gün Şəmkir şəhər Şəhidlər Xiyabanında Polkovnik Cahangir Rüstəmovun anım günü keçirilib.
Anım tədbirində Polkovnikin ailəsi, yaxınları, döyüş silahdaşları, qazilər və Şəmkir ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, sabiq Briqada komandiri Gədəbəyin müdafiəsinin təşkil edilməsində bir hərbiçi və mənəvi nüfuzu olan bir ağsaqqal kimi adını Azərbaycanın şərəf tarixinə yazdırıb. 1992-ci ildə uğurlu Başkənd əməliyyatı, Şəmkir Aerodromunun ruslardan tərksilah olunması qeyd olunarkən mütləq ki, bu hadisələrə rəhbərlik etmiş mərhum briqada komandiri hörmət, sevgi və şükranla xatırlanır.
Sözcü.az