Ukraynada Rusiyanın işğalçılıq siyasəti uğrunda döyüşən "Axmat" xüsusi təyinatlı batalyonlarından birinin komandiri Zəlimxan Batukaev döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Şustrı” ləqəbli Batukaevin Rusiya ordusunun ən yaxşı komandirlərindən biri olduğu bildirilib.
Hərbçi dünən, fevralın 23-də dünyasını dəyişib.
Zəlimxan Batukaev ukraynalı döyüşçülərə qarşı ən amansız və qəddar komandirlərdən biri olub. Onun batalyonu döyüşlərdə ən çox ukraynalı hərbçi öldürən və əsir götürən hərbi hissə kimi "fərqlənib".