Məhərrəm İncə seçki mitinqinə Boluda Koroğlu heykəlinin önündən başladı. Çıxışında "Koroğlu" kimi döyüşəcəklərini bildirdi. Bütün mesajlarını elm, doğruluq, həqiqət üzərində quran M. İncə, tarixdə olması şübhə doğuran, şifahi xalq ədəbiyyatı nümunəsindən ilhamlanırcasına mübarizə yolu seçməsi heç şübhəsiz ki, gülüş doğurur. Adam Koroğlu kimi, öz iddiasına uyğun olaraq qılınc əlinə alıb qarşısına keçəni qılınclayır.
Maraqlı tərəfi isə budur ki, qılıncı "TƏK ADAM" rejiminə daha tutarlı şəkildə vurmaq əvəzinə, "TƏK ADAM"ın küfrlərlə, aşağılamalar, hədələmələr ilə üzərinə getdiyi müxalifətə endirir (Həm də, "Tək adam"ın əlinə qüvvət verir). Çıxış iqtidarın üzərinə yüklənəcəyi yerdə, müxalifətə yüklənib (illər öncə Azərbaycanda da belə hallar olub). Həm də belə bir təəssürat yaranır ki, Kamal Kılıçdaroğlunun böyük məharət və bacarıqla müxtəlif siyasi baxışları özündə ehtiva edən siyasi kəsimləri öz ətrafında cəmləşdirməsi, iqtidara əks qüvvələrin əsas namizədi kimi çıxış etməsi onda qıcıq yaradır.
Əslində daha barışcıl, birləşdirici, yeni dünyanın bir parçası olacaq gələcəyi vəd edəcəyi yerdə(Türkiyədə gənclər əslində onu elə düşünür), parçalayıcı vizyonu ilə vətəndaş hüquqlarını unudaraq, millətçi baxışla hərəkət etməyə cəhd edir. Sekluyar camiyənin təsəvvüründəki M. İncə Sinan Oğan vizyonunda canlanmağa başlayır. K. Kılıçdaroğlu quçaqlaşaq, birləşək deyir, M. İncə isə kəsib-doğramaq( Bu günün siyasi Koroğlusu), Tək adam ritorikasında parçalayıcı bir mövqeyə sərgiləyir. Heç şübhəsiz ki, qalibiyyət üçün çalışanlar bilir ki, qələbə birləşərək əldə oluna bilər, ayıraraq, parçalayaraq yox.
Ceyhun Nəbi