Şirvanda silah zavodunda partlayış: ölən var

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Share on Facebook