Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan daha az qorxmalıdır.
Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Joana deyib.
Joananın sözlərinə görə, hazırda Moldova üçün hərbi risk yoxdur:
"Amma əgər onlar Avropaya qoşulmaq istəyirlərsə, seçim etmək vaxtıdır və onlar Rusiyadan daha az qorxmalıdırlar, çünki Rusiya Ukraynanın öhdəsindən çətinliklə gəlir. Mən indi Moldova üçün hərbi riskin olduğunu düşünmürəm”.
"Rumıniya və Moldovanın birləşməsi mümkündürmü" sualına gəlincə, Joana qeyd edib ki, bu barədə şərh verə bilməz:
"Mən Moldovanın taleyinin avropalı olduğuna inanıram”.