Mingəçevirdə güclü külək 15 ağacı kökündən qopardı

Mingəçevirdə son günlərin dəyişkən və kəskin hava şəraiti nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi fəsadlar qeydə alınıb. Güclü külək bir çox ağacı kökündən qopararaq yollara, obyektlərə və parklara aşırıb.

Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Yaşar Muradov, Füzuli, Ş.İ.Xətai və digər küçələrində qeydə alınan analoji hadisələr zamanı 15-dən çox iri gövdəli ağac yerindən qoparaq, müxtəlif istiqamətlərə aşıb. Hadisələr zamanı bəzi avtomobillərə və tikililərə də ziyan dəyib.

Ən ciddi fəsadlardan biri 14 saylı uşaq bağçası və körpələr evinin ərazisində qeydə alınıb. İri gövdəli ağac bu təhsil müəssisəsinin hasarının üzərinə aşaraq, onu tamamilə dağıdıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizləmə və bərpa işləri aparılır.

Share on Facebook