Dünən Üniversitetdə belə hadisə oldu. Günorta müəllim sinif nümayəndəsinə yazıb ki,"Qərbi Azərbaycan İcmasının bütün sosial şəbəkələrdəki səhifələrindən hər kəs MƏCBURİ şəkildə takip atıb və onu telefonla skren edib, mənə atsın". O da dekana atacaq. Dekan isə İcra Hakimiyyətinə göndərəcək. Və mən də təbii olaraq, etirazımı bildirdirib və takip etməyəcəyimi bildirdim.
Səhər dərsə gəldim. Elə həmin müəllimin dərsi idi. Və müəllim Qərbi Azərbaycan İcmasında hamının keçməsini bildirdi. Mən də susaram mı heç?)
Əlimi qaldırdım. Və bunun məcburi edildiyinin yanlış, könüllü olmasını bildirdim. Müəllim isə klassik hakimiyyət diliylə təbii ki, danışmağa başladı. Ay nəbilim informasiya müharibəsi, belə gəldi, o belə getdi. Sonra dekan gəldi. Yəqin ki, müəllim sözlərimi dekanlığa çatdırıb.) Dekan bizə xahiş edərək takip atmağımızı istədi. Artıq əmr formasında demirdi deyə nəsə demədim. Həmdə hələ Üniversitetdə I kursam çox da nəsə demək istəmirəm.
Nəysə, yeni deməyim odur ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır! Ona şübhə yoxdur.
Dərbəndən Kəngər körfəzinə qədər hamısı Azərbaycan torpağıdır!
Amma mübarizə yolu, Dünyaya bunu çatdırılma üsulu bu deyil.
Sənan Səbuhioğlu