Ər və arvad pomidor turşusundan zəhərləndi

09:08

Şəmkir rayonu, İmişli kəndində iki nəfər qidadan zəhərlənib.

Sozcu.az xəbər verir ki, kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, zəhərlənən şəxslərin müalicələri davam etdirilir:

"Martın 14-də saat 10:30-da 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (biri kişi, digəri qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin səbəbləri araşdırılır:

"Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Share on Facebook