Kabab bişirmək istədi, alov üzünü yandırdı

Gəncədə kabab bişirmək istəyən şəxs ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb.

Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

59 yaşlı S. Paşayeva həyətində oğlu ilə birlikdə kabab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb.

Nəticədə qadının əl və üz nahiyələri yanıb.

O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsi davam edir.

Share on Facebook