Pakistanda terakt: ölənlər var

Pakistanın Balucistan əyalətinin Qilləh Abdullah bölgəsində terror aktı törədilib.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bazar qarşısında avtomobilin partladılması nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Bildirilib ki, partlayış dalğasından ətrafda olan ticarət obyektlərinə, o cümlədən silahlı qüvvələrə aid binaya ziyan dəyib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Share on Facebook