Dərbəndi tələb etmək zamanı

Birinci Dünya müharibəsindən sonra iki böyük dövlətin, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tarixin səhnəsindən silinməsində, onların yerində etnomilli əsasda müstəqil dövlətlərin yaranmasında o zaman ABŞ-ın prezidenti olan Tomas Vudro Vilsonun irəli sürdüyü 14 bənddən ibarət “Sülh şərtləri” mühüm rol oynadı. 

ABŞ-ın böyük dövlət kimi dünya səhnəsinə ilk çıxışı olan bu sənədin 10-cu bəndində deyilirdi ki, Avstriya-Macarıstan xalqları müstəqil inkişaf üçün ən geniş imkanlardan istifadə etməlidirlər. Həmin sənədin 12-ci bəndində isə deyilirdi ki, Osmanlı imperiyasının türk hissələri indiki tərkibində təminatlı və davamlı suverenlik əldə etməli, lakin indi türklərin hakimiyyəti altında olan digər millətlər birmənalı olaraq mövcudluq təminatı və müstəqil inkişaf üçün tamamilə toxunulmaz şərait almalıdırlar. Prezident Vilsona Nobel Sülh Mükafatı qazandıran bu təşəbbüs ilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları tarixə qovuşdu. Çünki, Vilsonun “Sülh şərtləri” dövrünün iki böyük imperiyasının ərazsində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasını şərtləndirmişdi. 

Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı əsassız və qəfil geniş miqyaslı hücumu iki dəfə formasını dəyişsə də mahiyyətini saxlaya bilmiş Rusiya imperiyasının müstəmləkəsizləşdirmə (Dekolonizasiya) zərurətini meydana çıxardı. Post-Rusiya Azad Xalqlarının Forumunun yaranması və uğurlu fəaliyyəti bu zərurətin nəticəsidir. 

Post-Rusiya Azad Xalqlarının Forumunun birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində, Vaşiqnton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilmişdir. Rusiyanın dekolonizasiyasını məqsəd elan edən Post-Rusiya Azad Xalqlarının Forumunun konfranslarının Şərqi Avropadan Uzaq Şərqədək geniş bir çoğarafiyada, dünyanın əsas siyasi mərkəzləri olan Brüssel və Vaşqintonda keçirilməsi bu prosesin beynəlxalq ictimai rəydə ligitimləşdirilməsinə, eləcə də dünyanı bu prosesə hazırlamağa xidmət edir. Bu mənada Post-Rusiya Azad Xalqlarının Forumunun fəaliyyətini prezident Vilsonun 14 bənddən ibarət “Sülh şərtləri” ilə müqayisə etmək olar.

Post-Rusiya Azad Xalqlarının Forumunun Avropa, ABŞ və Yaponiyada keçirdiyi konfarnslarda tədbirlərə ev sahibliyi edən ölkələrin siyasi və rəsmi dairələrinin iştirakı Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi hadisədir. Forumda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsini hədəfləyirlər. Rusiyanın neçə dövlətə bölünəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz. ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl hesab edir ki, Rusiya 41 deyil, 100 yerə bölünə bilər. Bu çox doğru yanaşmadır. İnformasiya əsrində Rusiyada baş verə biləcək prosesləri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əsrlərlə Rusiyanın müstəmləkə siyasətinin qurbanı olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə yanaşı, Moskvanın işğalında olan qədim Azərbaycan torpaqlarıın azad olunma ehtimalını qaçılmaz edən başqa bir proses də gedir. Bu da öz müqəddəratını təyin etmiş, milli dövlətçiliklərini qurmuş xalqların Rusiyaya qarşı ərazi iddialarının kütləviləşməsi və ligitimləşməsidir. 

Bir neçə il öncə Estoniyanın Mühafizəkar Xalq Partiyasının (Eesti Konservatiivne Rahvaerakond) qurucusu, keçmiş diplomat Marta Helmen Estoniya ərazisinin 5.2 faizinin Rusiyanın işğalında olduğunu bəyan edəndə bu fikir Tallinndə çox dəstək qazanmırdı. Ancaq indi Tallinnin siyasi dairələrində Rusiyadan torpaq tələb edilməsinin tərəfdarları hər ötən gün artır. Buna görə də, Estoniyada ictimai-siyasi xadimlər Tartu Sülh Müqaviləsi ilə Estoniyaya məxsus olan, yalnız 1940-cı il işğalından sonra Rusiyanın tərkibinə qatılan tarixi torpaqlarının geri qaytarılması üçün mübarizəyə başlayıblar. Estoniya NATO-ya qəbulu üçün Rusiyaya qarşı ərazi iddialarından imtina etmişdi. Ancaq indi Tallinndə anlayırlar ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb. Bu isə o deməkdir ki, Estoniyanın tarixi torpaqlarının Rusiyaya verilməsini ligitimləşdirən beynəlxalq münasibətlər dağılıb və itirilmiş torpaqların tələb edilməsi üçün əlverişli geosiyasi vəziyyət yaranıb.

Estoniya ilə yanaşı Finlandiyada da İkinci Dünya müharibəsi nəticəsində itirilmiş ərazilərin geri qaytarılmasını tələb edən çağrışlar güclənib. Finlandiya Rusiyaya qarşı ərazi iddiası olmadığını keçmişdə dəfələrlə bildirsə də, Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluq Finlandiya cəmiyyətində itirilmiş torpaqlarla bağlı mövqeyi dəyişməkdədir. Söhbət, 10 fevral 1947-ci il tarixli Sovet-Fin sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edilən Qərbi Kareliyadan gedir. Son zamanlara kimi bu torpaqların Finlandiyaya qaytarılası qeyri-real görünürdü. Ona görə də Finlandiyada “Şərq torpaqları” məsələsi aktual deyildi. Ancaq Ukraynada üzləşdiyi hərbi-siaysi uğursuzluqdan sonra Rusiyanın dekolonizasiyasının gündəmə gəlməsi Finlandiyada itirilmiş torpaqları geri qaytarmaq üçün tarixi şəraitin yarandığı qəanətini yaradıb. Bu qənaəti gücləndirən digər məqam Kareliyada anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsidir. Vəziyyət elə həddə çatıb ki, Rusiya xüsusi xidmət orqanları Kareliyada separatçı əhval-ruhiyyənin gücləndiyi haqqında həyəcan təbili çalırlar. Kareliyanın müstəqilliyi uğrunda mübarizə aparan Kareliya Milli Hərəkatı Leninqrad vilayətinin bir hissəsinə iddialıdır. 

Estoniya və Finlandiaya ilə yanaşı Litvada da Rusiya qarşı ərazi iddialrı səslənir. Litva parlamentinin deputatı Matas Maldeykis 1634-cü ildə bağlanmış Polyanovski sülh müqaviləsini ləğv etməyi və həmin sazişə əsasən Moskvaya verilən ərazilərin Rusiyadan geri tələb edilməsini təklif edib. Deputat Matas Maldeykis parlamentdə səsləndirdiyi bu təklifi ilə bağlı sosial şəbəkdə paylaşımını bu sözlərlə bitirib: “Smolensk Litvadır!”

Rusiya parçalanacağı halda ən böyük ərazi iddiası olan ölkələr isə Qərbdə deyi, Şərqdədir. Çin Xalq Respublikası yaradıldıqdan dərhal sonra Pekin Moskvadan tarixi torpaqlarını tələb etməyə başlayıb. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda tarixi torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq rədd cavabı almışdı. Həmin zamandan başlayaraq Çində tarixi torpaqlarla bağlı müzakirə səngimir. Çinin iddia etdiyi ərazilər isə 500 min kvadrat kilometdən iki milyon kavdrat kilometrə qədərdir. Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkelinin bu hədiyyəsi ilə bağlı Çin mətbuatında o zaman belə yazırdılar: “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”. Çinin sosial şəbəkələrində isə çinlilər fikirlərini daha açıq ifadə edərək belə yazırdılar: “Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər. Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?”

Rusiyanın Ukraynaya qarşı müharibəsinin il dönümü ərəfəsində, bu ilin fevralında Çinin Təbii Sərvətlər Nazirliyi çox maraqlı bir addım ataraq Rusiyanın Uzaq Şərqdəki şəhərlərinin və ərazilərinin adlarını dəyişdi. Belə ki, həmin şəhər və ərazilərin rus adlarının yerinə Çin adların işlənməsinə qərar verildi. Həmin qərardan sonra Vladivostok yenidən Hayşenvay, Xabarovsk Boli, Saxalin adası Kuedao, Ussuriysk Şuançenzi, Blaqoveşensk Hailanpao, Nerçinsk Nibuçu, Nikolaevsk-na-Amure Miaojie, Stanovoy dağ silsiləsi Vaixing Anlinq adlanır. Bu hadisə Çinin Rusiyaya rəsmən ərazi iddiası irəli sürməsi olmasa da, prosesin başlanğacıdır. 

Çinlə yanaşı Monqolustanda da Rusiyanın böyük ərazilərinə iddialar bar. Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorjdan Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən tuvanlara, buryatlara və kalmıklara yönəlik ingilis dilində etdiyi müraciətdə buryat monqolları, tuva monqolları və kalmık monqolları ifadələri işlətmişdi. Aydın görünür ki, 2009-2017-ci illər arasında Monqolustana rəhbərlik etmiş Saxiaqiyn Elbeqdorjdan Buryatiya, Tıva və Kalmukiyanın əhalsiini monqol hesab edir. Ulan Batorda bu üç respubliaknın Rusiyadan ayrılaraq Monqolustana birləşməsinin və ya müstəqil dövlət kimi fəaliyyət göstərməsinin tərəfdarları da artmaqdadır. Monqolustanda belə fikirlər güclənir ki, Ukraynanın qələbəsi bu istəyi gerçəkləşdirə bilər. Keçmiş prezident Saxiaqiyn Elbeqdorjdanın Rusiyanın işğalına qarşı göstərdikləri cəsarətə görə Ukrayna xalqına və prezident Vladimir Zelenskiyə təşəkkür etməsi də bununla bağlıdır. 

 Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siaysi uğursuzluq Yaponiyanın da Kuril adaları ilə bağlı mövqeyində dəyişikliyə səbəb olub. Yaponiya hakimiyyəti 2018-ci ildən bəri ilk dəfə olaraq Kuril adaları ilə bağlı “qanunsuz işğal” anlayışını dövriyəyə qaytardı. Yaponiyada “Şimal torpaqları” adlandırılan Kuril adaları ilə bağlı keçiriən ənənəvi mitinqin yekun bəyanatının mətnində deyilir ki, “Dörd şimal adasının Sovet İttifaqı tərəfindən qeyri-qanuni işğal edilməsi və bu gün də belə qalması qəbuledilməzdir”. Qeyd edək ki, İturup, Kunaşir, Şikotan və Xabomai adaları 1945-ci ildə sovet qoşunları tərəfindən işğal edilib. Sovet İttifaqı və onun varisi Rusiya bu adaları Yaponiya qaytarmaqdan imtina etdiyi Moskva ilə Tokio arasında bu günə kimi sülh müqaviləsi imzalanmayıb. Rusiyanın Ukrayna uğursuzluğuan qədər Tokio Kuril adaları ilə bağlı sərt mövqe tutmaqdan çəkinirdisə, indi artıq vəziyyət kəskin şəkildə dəyişib. Yaponiyada Kuril adalarının geri qaytaracağına əminlik artıb. 

Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyin etmə hüququnun tanınması, eləcə Finlandiyadan Yaponiyaya kimi çox geniş çoğrafiayada yerləşən dövlətlər tərəfindən Rusiyaya qarşı ərazi iddialarının irəli sürülməsi Moskvanın əsarəti altında olan qədim Azərbaycan torpaqlarının da azad olacağı ehtimalını kəskin artırır. Təəssüf ki, Azərbaycanda bununla bağlı təşəbbüslər yoxdur. Halbuki, Rusiyanın parçalama ehtimalının əksər araşdırmaçıları Rusiyanın parçalanmasında Azərbaycan faktorunu hökmən qeyd edirlər. “Parçalanma: Rusiyanın dağılmasına hazırlaşmağın vaxtıdır” başlıqlı məqalənin müəllifi, Monrealdakı iki ingilis dilli universitetdən biri olan Concordia Universitetinin dosenti Julian Spenser-Çörçill məqalədə Qafqazın gələcəyindən bəhs edəndə Dağıstanda əhəmiyyətli dərəcədə azərbaycanlıların yaşadığını qeyd edir və bu amilin etnik münaqişəyə səbəb ola biləcəyini yazır. Çox yaxın gələcəkdə Qafqazda etnik münaqişələrlə üzləşməmək, eyni zamanda Dağıstanda yaşayan soydaşlarımızı taleyin ümidinə buraxmamaq və Dərbənd başda olmaqla qədim torpaqlarımızın ana vətənlə birləşməsini təmin etmək üçün Şimal torpaqlarımızla bağlı iddiamızı hər bir platformada irəli sürməliyik. 

Rusiyanın parçalanacağı halda Ukraynanın bu çoğrafiyada əsas söz sahiblərindən biri olacağı Şimal Qafqazda münaqişələri önləmək, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad edilməsində çox böyük imkanlar yarada bilər. Ukrayna parlamentində Rusiyanın əsarət altına alınmış xalqları üzrə komissiyanın yaradılması və fəaliyyətə başlaması Kiyevin bu prosesə həssas və ciddi yanaşdığını göstərir. Məşhur Stratfor özəl kəşfiyyat şirkətinin analitikləri hesab edirlər ki, Rusiya Sovet İttifaqının 1990-cı illərdəki taleyini yaşayacaq. Stratforun analitikləri də Julian Spenser-Çörçill kimi Qərbi Rusiyanın dağılması prosesinə hazır olmağa çağırırlar. 

Bütün bu çağrışlar ilk öncə bizi, bu çoğrafiayada yaratdığı ən qədim şəhər Dərbənd Rusiya işğalında olan Azərbaycan xalqının oyatmalıdır.

Xaqani Cəfərli, politoloq 

Share on Facebook