Missisipi Universitetinin tibbi helikopterinin ABŞ-nin Missisipi ştatının Medison dairəsindəki meşədə qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə “CBS 42” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, universitetin tibb mərkəzinin nümayəndələrinin açıqlamasına görə, helikopterin göyərtəsində iki əməkdaş və bir pilot olub.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Qeyd edək ki, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının verilənlərinə əsasən, cari ilin ilk iki ayında ümumilikdə 143 hava hadisəsi baş verib ki, onların 21-də ölüm qeydə alınıb. Ölümlə nəticələnmiş hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən az olsa da, ölənlərin ümumi sayı daha çoxdur. Onlardan ən faciəvisi isə yanvarın 29-da axşam paytaxt Vaşinqtonda olub. Sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ümumilikdə 67 nəfər ölmüşdü.