Sozcu.az xəbər verir ki, 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində Ekrem İmamoğluna söylədiyi “Ekrem ağabey, her şey çok güzel olacak” ifadəsi ilə bütün ölkənin yaddaşında iz buraxan və kampaniyanın simvoluna çevrilən Berkay Gezgin həbs edilib.
22 yaşlı universitet tələbəsi olan Berkay Gezgin, Saraçhanədə keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və daha sonra çıxarıldığı məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndərilib.
“Məni unutdurmayın” – Berkayın son sözləri
Berkayın vəkili Cemil Çiçek sosial media hesabında verdiyi açıqlamada, müvəkkilinin həbsini təsdiqləyib və onun son sözlərini paylaşaraq ictimaiyyətə çağırış edib:
“Her şey çok güzel olacak şüarının mimarı müvəkkilim Berkay Gezgin nə yazıq ki, həbs edildi. 22 yaşında bir gənc. Son cümləsi bu oldu: ‘Lütfen beni unutturmayın!’ Biz onu unutmayacağıq, unutturmayacağıq! Her şeye rağmen her şey çok güzel olacak!”
Berkay: “Bu, siyasi bir davadır”
Gənc fəal həbsi ilə bağlı etdiyi çıxışda aşağıdakı sözləri səsləndirib:
“Bu dava siyasi. Karar ne olursa olsun biz suçsuzuz. Bizi burada əsassız saxlayıblar. Vətənini, millətini sevən, haqqını arayan 21-22 yaşındakı Türk gənclərini həbsə atırlar. Bu yaşadığımız tablo gülünç və qorxuncdur. Her şey çox güzel olacak – yalnız mübarizə aparsaq. Əgər sussaq, heç nə gözəl olmayacaq.”