Kaş ki, səni sevməzdim

Yanlış yolu tutmuşam,

Mən sənə vurulmuşam.

İndi peşman olmuşam,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

**********************

Səninçün sevgi heçmiş,

O hiss səndən yan keçmiş.

Gedib mənsiz yol seçmiş,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

*********************

Güldün hər bir sözümə,

Rişxənd etdin eşqimə.

Dəyməzmişsən sevgimə,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

*********************

Küsdüm özüm-özümdən,

Küsdüm sevgi sözündən.

Qəzəb axdı gözümdən,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

**********************

  Səndən sonra sevmədim,

Düzü, sevə bilmədim.

Bir an belə gülmədim,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

*********************

Haçansa dönsən mənə,

Demə bağışlar yenə.

Onda deyəcəm sənə,

Kaş ki, səni görməzdim,

Bu qədər çox sevməzdim.

Müəllif: Şahin İsmayıl 

Share on Facebook