"Ruhumda Yanan Köz" adlı kitabım artıq işıq üzü görüb.
Əziz dostlar,
Sizə sevinc və qürurla bildirirəm ki, “Ruhumda Yanan Köz” adlı şeirlər kitabım Qanun nəşriyyatında çap olunaraq oxucuların ixtiyarına verildi.
Bu kitabda gənclik illərimdən bu günə qədər yazdığım – məhəbbət, Vətən, ailə, valideynlər və doğma torpağa bağlılıqla yoğrulmuş şeirlərimlə yanaşı, Tanrı ilə səmimi söhbətlərim, ruhumun dərin qatlarından süzülən ilahi düşüncələrim və zamanın gətirdiyi ağrıları, çatışmazlıqları qələmə aldığım poetik nümunələr də yer alır.
“Ruhumda Yanan Köz” – içdən gələn bir çağırış, ruhun səsini eşitmək istəyənlər üçün səmimi bir dəvətdir.
Kitabla maraqlananlar mənimlə birbaşa əlaqə saxlaya və ya "Qanun" nəşriyyatının əhatə etdiyi satış mağazalarından əldə edə bilərlər.
Düşüncəmə, sözümə, könül yanğıma dəyər verən hər birinizə əvvəlcədən təşəkkür edirəm.
Zakir İsmayıl