Rusiyaya yardım edən ölkələrə sanksiyalar tətbiq edilməlidir

Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yanvar-fevral aylarında büdcə kəsiri 2,58 trilyon rubl təşkil edib. Halbuki, illik büdcə kəsiri 2,92 trilyon rubl olaraq nəzərdə tutulmuşdu. İndi isə ilin ilk ayının büdcə kəsiri 2023-cü il üçün nəzərdə tutulmuş büdcə kəsiri həndəvərindədir. Qarşıda isə hələ on ay var. 

Sanksiya siyahılarına daxil edilən malların Türkiyə üzərindən Rusiyaya ixracının qarşısı alındığı kimi, Rusiyanın digər “nəfəslik”ləri də bağlanmalıdır. Rusiyanın sanksiyalardan yayınmasına yardım edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edilməlidir. Hazırda Rusiyanın valyuta gəlirləri sürətlə azalır və sanksiyaların pozulmasının qarşısının alınması bu prosesi dərinləşdirəcək. 

Qərbin üzərinə düşən vəzifə müharibənin Rusiyaya daha baha başa gəlməsini təmin etməkdir. Bunun üçün bütün Qərb ölkələri Norveç kimi hərəkət etməli, Ukraynanı müasir silahlarla silahlandırmalıdırlar. Rusiyaya silah yaradımı edən İran sərt şəkildə cəzalandırılmalı, bu ölkənin artelliriya mərmisi və raketlər istehsal edən zavodları dağıdılmalı, Çinin Rusiyaya yardım istəyinin qarşısı alınmalıdır. 

Əgər bundan sonra müharibənin bir günü Rusiyaya iki dəfə baha başa gəlsə, avqust-sentyabr ayında artıq terrorçu rejimin müharibəni davam etdirmək üçün mərmisi və pulu olmayacaq.

Xəqani Cəfərli, politoloq 

Share on Facebook