Rusların Donetskdəki mövqeləri darmadağın edildi

Ukrayna ordusu rusların Donetsk vilayətinin Toretsk şəhərindəki mövqelərini vurub.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, zərbələr martın 21-də Rusiyanın 103-cü motoatıcı alayının 1-ci əlahiddə qvardiya motoatıcı briqadasının qüvvələrinin cəmləşdiyi əraziyə endirilib.

Nəticədə rus hərbçilərin yerləşdiyi yer tamamilə dağıdılıb, şəxsi heyət, xüsusən də desant-hücum qrupları və PUA operatorları məhv edilib.

Share on Facebook