12 mart - Daxili Qoşunların yaranması günüdür

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.

  1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.

  Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar.

  1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.

  Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib.

cda89f505694a286bca32a0f591c59c5.jpg

Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün haqqında bunları yazıb: 

"Bu gün, 12 mart bizim günümüzdür. Daxili Qoşunların yaranma günüdür. Dövlərimizin keşiyində duran DİN in Daxili Qoşunlarının şəxsi heyətini, ehtiyatda olan hərbi qulıuqçuları, tərxis olunmuş bütün DQ ailə üzvlərini təbrik edirəm. Döyüşlərdə yaralanmış qazilərimizə tez sağalmalarını arzulayıram. Şəhidlərimizin və həyatda olmayan DQ qardaş və bacılarımızın ruhu qaşısında baş əyirəm. 

Daxili Qoşunların yaradılmasında vicdanla xidmət edən bütün hərbi qulluqçuları ayrıca alqışlayıram. 

Yaşasın Azərbaycan!"

Share on Facebook