Xəqani Cəfərli
Faşist Almaniyasının Hərbi Hava Qüvvələri naziri Herman Görinq deyirdi ki, kərə yağı adamları kökəldir, dəmir filizi isə Reyxi güclü edir. Məşhur rəssam Con Hartfild rəsmilərinin birində Görinqə cavab verir. Dünyaca məşhur olan həmin rəsmdə alman ailəsinin masa arxasında dəmir əşyalar yediyi təsvir edilir. Zibil qutusunda gizlənərək SS-in təqibindən xilas olaraq Almaniyanı tərk edən rəssamın adı Gestaponun ən çox axtarılanlar siyahısında beşinci idi.
Türkiyədəki sosial-iqtisadi vəziyyətin ağırlığı altında insanlar ölkələrini kütləvi şəkildə tərk edir ki, bundan böyük faciə ola bilməz. Vətəndaşları ölkələrini tərk edib Avropaya sığınmaq istəyən ölkələrin siyahısında Türkiyə Suriya, Əfqanistan və Venesueladan sonra dördüncü yerdədir. Köç sürəti azalmasa Türkiyə bu il Venesuelanı keçərək üçüncü yerə yüksələcək.
Bütün bunlar isə Rəcəb Tayyip Ərdoğanın 21 illik hakimiyyətinin acı nəticələrindən biridir. Digər bir acı nəticəsi ucuz ət və ucuz çörək mağazaları qarşısındakı uzun növbələrdir. Bütün bu acı, ürək dağlayan hallarla bağlı qeydlərimizə biriləri PUA şəkiləri cavab verir və məni anti-türkçülükdə ittiham etməyə çalışır. Məlumatsız, bilgisiz insanlarla mübahisə etmək çox faydasız əməldir.
Ərdoğanı PUA şəkilləri üzərindən müdafiə edənlərin xəbəri belə yoxdur ki, son 21 ildə aparılan siyasət dəyişməsə 2053-cü ildə Türkiyədə türklər azlıq təşkil edəcəklər. Ənsar mədəniyyətindən gəldiklərini iddia edənlər ümmətçilik şüarı ilə Türkiyəni bədəvi ərəb və əfqanlarla doldurub.
On əsr ərzində bu çoğrafiya türklərin qanı ilə vətən edilib. Ərdoğan isə ənsar mədəniyyəti və ümmətçilik nağlı ilə Türkiyəni bədəvi ərəblərə təslim edir. Zaman çox sürətlə ötür və 2053-cü il çox da uzaqda deyil.