Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində 1964-cü il təvəllüdlü Qobustan rayon sakini Umud Cəfərov hündürlükdən yıxılıb.
Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.