Separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz quruluşun – “Dağlıq Qarabağ Respublikasının (Arsax)” mövcudluğuna son qoyulması barədə fərman imzalayıb. Bu rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.
Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib.
Müsavat başqanı Arif Hacılı bu qərarı “Böyük tarixi hadisə” kimi qiymətləndirib.
“Azərbaycanda və ümumiyyətlə regionda yeni tarixi dövr başlayır.
Bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı vurğulayıb.
Basta