İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb.
Sozcu.az Oxu.Az-a istinadla xəbər verir ki, növbəti hadisə paytaxtın Səbail rayonu, Xaqani küçəsində qeydə alınıb.
Yol kənarındakı irigövdəli ağaclardan birinin budağı qoparaq avtomobilin üzərinə düşüb.
Nəticədə maşına ziyan dəyib.