Rusiya üçün fəlakət: Bu şəhər uğrunda 50 min itki verdilər

Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə rusların itkiləri 15 mini ötüb.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 100-cü əlahiddə mexanikləşdirilmiş briqadasının kapitanı Sergey Xominski “Ukrayna radiosu”na açıqlamasında deyib.

Onun sözlərinə görə, onun olduğu briqada 2024-cü ilin iyulundan Toretskdə döyüşür:

“Şəhər uğrunda döyüş 9 aydır davam edir. Bu müddət ərzində düşmən heç bir mübaliğəsiz canlı qüvvə sarıdan fəlakətli itkilər verdi. Toretskdə düşmənin ölən hərbçilərinin sayı 15000-i keçib. Yaralılar da nəzərə alınmaqla ümumi itkilər 50 mindən çoxdur”.

Share on Facebook