Müsavat Divanında Qarabağda baş verənlər müzakirə olunub

Martın 6-da Müsavat Partiyası Divanının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etməsinin 68-ci ildönümü ilə bağlı, onun xatirəsi sayğı duruşu ilə anılıb.

Partiya başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri ilə keçirdikləri görüş barədə məlumat verib. Qeyd edib ki, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub.

Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər.

Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarınln ziyarət olunması barədə məlumat verilib.

Divan üzvü Könül All qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Bakı ofisinin təşkil etdiyi tədbirə dəvət alması barədə məlumat verib.

Qarabağda son durum, ölkədə və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub

Share on Facebook