Bu gün Müsavat Partiyasının qərargahında siyasi, ictimai təşkilatları, ziyalılarının bir qrupu, siyasi məhbus ailələri, ictimai fəallar artıq 38 gündür ki, qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun müdafiəsi üçün bir araya gəldi.
Tofiq Yaqublunun həyatını xilas etmək, siyasi məhbusların azadlğı uğrunda mübarizənin koordinasiyasə istimamətində çıxışlar edildi, konkret təkliflər səsləndi.
Tofiq Yaqublunun və digər siyasi məhbusların azadlığı naminə birgə fəaliyyəin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olundu.