Tarixdən məlumdur ki, hansısa Xalq uzun illər çətin, ağır, dözülməz, məşəqqətli sosial durumdadırsa, səfalət içindədirsə, dilənçi günündə yaşayırsa, deməli o XALQ düzgün düşünə bilmir, düşüncələri yanlışdır.
Yəni öz hüquqlarını qoruya bilməyən XALQlar səfalətdə, kasıblıq içərisində, yoxsulluq məngənəsində yaşamağa məhkum olur.
Çünki o XALQlar və o cəmiyyətlər doğru düşünməyi bacarmır. Həqiqəti dərk edə bilməyən Xalqın, cəmiyyətin düşüncələri təbii ki, düzgünlükdən uzaq olur.
Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi düşünürəm ki, düşüncənin insan həyatında doğrudan da çox-çox böyük rolu var.
Yəni cəmiyyətin düşüncəsi doğru olarsa, o cəmiyyət demokratiyanın nə olduğunu çox gözəl və çox düzgün anlaya bilər.
Əlbəttə, o halda cəmiyyət ədalətli olar və XALQ da qanunların işlədiyi cəmiyyətdə yaşayar.
Doğru düşüncələr ədalətsiz cəmiyyətdə yaşayan vətəndaşların taleyini bir anın içində dəyişə bilər.
Xalq, cəmiyyət doğru-düzgün düşünməyi bacarmasa, o XALQın taleyi əzab-əziyyətə, çətinliklərə haqsızlığa, ən başlıcası isə ədalətsizliyə uğrayır.
Qanunların hökm etdiyi cəmiyyətdə XALQlar xoşbəxt olur...
Dünyada qəbul edilmiş belə bir fikir var:
Qanun ŞAHdı, ŞAH, qanun deyil.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist