Avropanın təhlükəsizliyini təmin etmək üçün sözügedən regionda yerləşən ölkələrin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır.
Sozcu.az "Röyters"ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
"Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq”, - o vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.