Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi təqdirdə atəşkəs və bütün əsirlərin mübadiləsini müzakirə etmək niyyətindədir.
Sozcu.az xəbər verir ki, Zelenski bu barədə “Liberation”a müsahibəsində deyib.
“Əgər mən onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün əsirlərin bütün əsirlərə dəyişdirilməsi...”, - Zelenski deyib.
O qeyd edib ki, ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcək. Ukrayna prezidentinin sözlərinə görə, bütün razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər.
Zelenski müharibənin hər iki tərəfinin hörmətinə səbəb olacaq etibarlı və balanslaşdırılmış vasitəçiliyin vacibliyini vurğulayıb. Prezident ABŞ-ı mümkün qarant kimi göstərib.
Ukrayna prezidentinin fikrincə, Donald Trampın da iştirakı Putini sabah İstanbulda keçiriləcək görüşə gəlməyə həvəsləndirə bilər:
“Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”.
Bundan əlavə, Zelenski ABŞ və Avropa İttifaqını Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
Münaqişənin müddəti ilə bağlı suala cavabında Zelenski bunları deyib:
"Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Amma 10 il yox. Ukrayna dözə bilməyəcək... Bu, hamı üçün pisdir, nəinki dostlar, həm də düşmənlər üçün də", - o deyib.