Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı diskotekada yanğın baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub.
1500 nəfərin olduğu diskotekada baş verən yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir.
Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.