Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda sovet lideri Vladimir Leninin abidəsi sökülüb.
Sozcu.az xəbər verir ki, söküntü işləri iyunun 6-dan 7-nə keçən gecə aparılıb.
Şəhərin mərkəzində - Sevgi və Toktoqul Satılganov parklarının yanında yerləşən abidənin hündürlüyü təqribən 25 metr idi ki, bu da onu təkcə regionda deyil, həm də dünyada Leninin ən hündür abidələrindən birinə çevirmişdi.