Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib:
Sozcu.az həmin müraciəti təqdim edir:
"Hörmətli TƏBİB !
Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"