Həştərxanda dəhşət: 5 uşaq yanaraq öldü

Rusiyanın Həştərxan şəhərində fərdi evdə baş verən dəhşətli yanğında 4-11 yaş arası 5 uşaq ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, uşaqların ölümü ilə bağlı müstəntiqlər araşdırma aparır.

“Araşdırma zamanı müəyyən edilib ki, 2025-ci il aprelin 20-də gecə saat 2 radələrində Həştərxanın Kirov rayonu Olxovskaya küçəsindəki fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 4-11 yaşlarında olan 5 uşağın meyiti tapılıb”, - məlumatda deyilib.

Bildirilib ki, ölən 4 uşağın anası evdə olmayıb, 1 uşaq isə qonaq gəlibmiş.

Hadisə ilə bağlı araşdırma gedir.

Share on Facebook