Tovuz məktəbində şok hadisə: 5 şagird xəstəxanaya aparıldı

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Sozcu.az-a verilən məlumata görə, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb.

“Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır” – məlumatda bildirilib.

Share on Facebook