Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Ramazan Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlmanların ən müqəddəs aylarından biri, insanları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa çağırış ayıdır.
Müsəlmanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar.
Ramazan ayında oruc tutan, Allaha dua edən inanclı insanların duaları Allahın dərgahında qəbul olunsun.
Bu gün xalqımızın əsas niyyəti, məramı ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır.
Müqəddəs bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anırıq.
Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, xoşbəxt gələcəyimiz naminə əzmkarlığımızı artıracağımıza inananaraq hamınızı müqəddəs Pamazan Bayramı münasibəti ilə təbrik edir, Sizə xoşbəxtlik və uğurlar arzulayıram.”