13:56
İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub.
Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub.
***
Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda - 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
***
İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində - 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində - 6,2 bal gücündə olub.
- 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49,
- 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51,
- 4,8 bal gücündə olan zəlzələ saat 13:01,
- 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02,
- 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də qeydə alınıb.
***
İstanbulda daha bir zəlzələ baş verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Yerli vaxtla saat 15:12-də baş verən zəlzələ 4,9 bal gücündə olub.
Yeraltı təkanlar hiss edilib.