Tramp etirazçılarla bağlı göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki iğtişaşçıların həbsinə göstəriş verib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, qanunsuz mühacirlərin kortəbii etirazları şəhərin hər yerini bürüyüb:

"İnsanlar avtomobilləri yandıraraq polisə müqavimət göstəriblər. İğtişaşları yatırmaq üçün Milli Qvardiya və 500 dəniz piyadası cəlb edilib, hətta kütləni izləmək üçün "MQ-9 Reaper" pilotsuz təyyarələri və "Black Hawk" helikopterləri də gətirilib".

Share on Facebook