Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Sozcu.az TRT kanalına istinadən xəbər verir ki, səfər sabah - mayın 28-də baş tutacaq.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, səfər Müstəqillik Günü çərçivəsində baş tutacaq. “Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə o qeyd edib.
Həmçinin, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək.
Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.