ABŞ hakimiyyəti Ukraynadakı müharibəni həll etmək məqsədilə Moskvaya təzyiq göstərmək üçün bank və enerji sektorlarında Rusiyaya yeni sanksiyalar hazırlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri Prezident Donald Trampın Ukrayna müharibəsinə son qoymaq səylərini dəstəkləmək üçün Moskvaya təzyiqi artırmaq məqsədilə bank və enerji sahələri də daxil olmaqla, yeni iqtisadi sanksiyaları yekunlaşdırıblar”, - məqalədə deyilir.
Qeyd olunur ki, sanksiyaların hədəfi Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” və təbii ehtiyatlar və bank sektoru ilə əlaqəli iri müəssisələrdir.