Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib.

Sozcu.az xəbər verir ki, "Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq. 

Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Share on Facebook