Evdə nəzarətiz qalan azyaşlı dərman içib öldü

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook