Putin Ukrayna ilə "dayandolduruma" keçib - Ekspert

Rusiyanın Moskvada keçirilən 9 May paradında başı qarışması və 3 günlük atəşkəs elanından yararlanan Ukrayna Rusiyanın ən vacib strateji obyektlərinə dron hücumları edir. Bunu həm də çəkinmədən, Rusiyanın sonradan cavab vermə ehtimalını saya almadan edir, xeyli ziyan vurur. 

Ukraynaya bu əsası və bu arxayınçılığı verən nə və kimdir? Birisi haqq-ədalətdir. Həm Rusiyanın Ukraynaya qarşı haqsız işğalçı müharibəsi, həm də Kremlin keyfi və istəyən vaxt, "atəşkəs edək, bayram eliyirəm" deməsidir. İlk "dayanoldurum" tüfənglər vardı bir atımlıq, düşmənə çığırırdılar ki, "ayə atma, dayan qoy patronumu doldurum!". Putin keçib indi, Ukrayna ilə "dayandolduruma".

İkincisi, Ukraynanın bu dəfə, arxayın hücumları arxasında təbii ki, çox güclü qüvvə dayanır, əks halda Kiyev bu məqamda addıma çətin getsin. Bu qüvvə isə, təbii ki, Trampın Ukraynaya ciddi və güclü üstüörtülü ABŞ dəstəyidir. Görünür ki, Tramp Putinin uzantılı oyunundan bezib, artıq.

Sozcu.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay özünün feysbuk səhifəsində yazıb. 

Share on Facebook