6 avqust 1992-ci il Mutudərənin işğal edilməsi

19b50de1d920ea2f11388a1e63d253d5.jpg1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik, Azərbaycan türklərinin yaşadığı Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı.

641523be753d501e1b92790bfe695a69.jpg

1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin başda Dilgam Aliev olmaqla əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi. 

cc336095a94d9016569936bb1c745768.jpg

Fotolar fotoqraf-jurnalist Kerem Nebiyev tərəfindən çəkilib.

Ceyhun Nəbi

Share on Facebook