Şəmkir əhalisinin sayı açıqlandı

Şəmkir Rayon İcra Hakimiyyəti xəbər verir ki, Şəmkir rayonunun əhalisinin sayı 2023-cü ilin ikinci rübünün yekununa olan məlumata görə 216587 nəfərə çatıb.

Cari ilin 6 ayı ərzində rayonda 1004 körpə dünyaya gəlib, 673 ölüm halı qeydə alınıb.

Rayon əhalisinin 50,5 faizini (109376 nəfər) kişilər, 49,5 faizini (107211 nəfər) qadınlar təşkil edir.

Doğulan körpələrin 52,3 faizi oğlan, 47,7 faizi isə qız uşaqlarıdır. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 130,5 nəfərdir.

2023-cü ilin 6 ayı ərzində Vətəndaşların Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən 183 nikah qeydə alınıb.

Sözcü.az

Share on Facebook