Sumqayıta gediş onqat bahalaşdı

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir.

Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib.

Bildirilib ki, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb.

Adi günlərdə adambaşına 1 manata qət edilən yolu hazırda 10 manatdan aparmaq təklif olunur.

Share on Facebook