10 yaşlı uşağı maşın vurub öldürdü

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili 2015-ci il təvəllüdlü kənd sakini Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook