Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova və övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü., 2021-cü il təvəllüdlü M. və F. hamamda çimərkən dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.