Ağsu rayon sakini, şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu Sozcu.az saytına yazaraq, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun onların müraciətlərinə baxmadığını bildirib.
Zərdar Zöhrabov bildirib ki, şəhid ailəsi olaraq üzün illər növbə gözlədikdən sonra, 2020. - ci ildə ailənin özünə məxsus olan torpaq sahəsində mənzil tikilərək onlara təhvil verilib. Çox keyfiyyətsiz və ucuz materiallarla tikilən mənzili ailə özü yenidən vəsait xərcləyərək bərpa edib.
Sərdar Zöhrabov bildirir ki, hazırda həmin mənzilə gedən yol və mənzilin ətrafı bərbad gündə olduğu üçün ailə hələ də, onlara tikilən mənzilə köçə bilmir.
Yağışlı havalarda ərazi palçıq olur və hətta, avtomobil ilə gedib-gəlmək mümkün olmur. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müracət etsələr də, onların müraciətinə baxan olmayıb, deyə, şikayətçi qeyd edib.
https://www.youtube.com/shorts/lyXNv4DWB6k