Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.