Şəmkirdə 4 azyaşlı uşaq anası əsassız olaraq öz işindən azad edilib

Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texniki işcisi, 1982-ci il təvəllüdlü, Şəmkir şəhər sakini Mirzəyeva Sona Qurban qızı əsassız olaraq öz işindən azad edilib. 2006-ci ildən bu vəzifədə çalışan Sona Mirzəyeva öz işində illərdi qüsursuz çalışıb və çalışdığı idarədə uzun illərdi hörmət qazanıb. İdarə rəhbərliyi ani və əsassız olaraq illərdi qüsursuz çalışan Sona Mirzəyevanı işindən azad edib. O bildirir ki, işindən azad olunması qanunvericiliyin tələblərinə və Əmək məcələsinə ziddir. İşdən azad olunma ilə bağlı verilmiş izah İdarə rəhbərliyinin özbaşnalığıdır. O bildirir ki, mən hər zaman öz işimdə məsuliyyətli olmuşam və orada çalışan hər bir kəsdən soruşa bilərlər ki, mən öz işimdə nə qədər məsuliyyətli və düzgün çalışmışam. Sona Mirzəyeva işinə bərpa olunmasını və pozulmuş əmək hüquqlarının təmin olunmasını tələb edir. 

Sözcü.az

Share on Facebook