Müəllim evində ölü tapıldı

Göyçayda qadın evində ölü tapılıb.

Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Göyçay şəhər 3 saylı tam orta məktəbdə müəllim işləyən Məhəbbət Əlihüseyn qızı Rəsulovanın meyiti aşkar edilib.

M.Rəsulovanın ailə üzvlərinin verdiyi məlumata görə, o, uzun müddətdir oğlu ilə birlikdə həmin ünvanda yaşayıb.

Son zamanlar səhhətində problemlər yaranıb.

Share on Facebook